Qonçarenko Rusiya komandasının baş məşqçisi təyin olundu

Qonçarenko Rusiya komandasının baş məşqçisi təyin olundu
İDMAN
19:43 15.08.2022
244
Rusiyanın "Ural" futbol komandasının yeni baş məşqçisi açıqlanıb.

AZXEBER.COM klubun rəsmi saytına istinadən xəbər verir ki, belaruslu Viktor Qonçarenko Premyer Liqa təmsilçisinin sükanı arxasına keçib.

45 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları hələlik bəlli deyil.

Qeyd edək ki, Viktor Qonçarenko mövsümün əvvəlində "Neftçi"də baş məşqçi postuna namizəd olub. Lakin sonda "ağ-qaralar" Laurentsiu Regekampf ilə 2 illik müqavilə bağlayıb.
OXŞAR XƏBƏRLƏR