Lider TV-də yayımlanan və tanınmış vəkil Adəm Məmmədovun layihə rəhbəri olduğu "Hüquq və ədalət" verilişində maraqlı hadisə müzakirə olunub.
AZXEBER.COM xəbər verir ki, verilişə hüquqi yardım almaq üçün müraciət edən Zakir adlı şəxs həyat yoldaşının döyüldüyünü deyib.
O bununla bağlı videonu da verilişə təqdim edib və görüntülər efirdə yayımlanıb.
Quba rayonunda lentə alınan görüntülərdə mübahisəli ərazi üstündə dava getdiyi bəlli olur. Hadisənin gedişində mübahisə daha da şiddətlənir və qonşu kişi qadının başına "lapatka" ilə zərbələr endirir.
Şikayətçinin dediyinə görə, məhkəmə bu hadisəylə bağlı qərar verib və hadisədə xuliqanlığın olmadığını bildirib.
Zakir də bu qərardan narazı olduğunu dilə gətirib.
Həmin görüntüləri təqdim edirik: