Türkiyədə qonşuluqda yaşayan ata və qızını qətlə yetirən, ana və oğlunun cəzası müəyyənləşib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Kocaeli bölgəsində baş verib.
Cinayəti törədən ana və oğlunun ayrı-ayrılıqda 52 ildən 82 ilədək azadlıqdan məhrum edilməsi istənilib.
Hadisə 2021-ci il avqustun 15-də baş verib.
Əldə edilən məlumata görə, Hakan və anası Tülay Y. adlı şəxslərlə eyni binada yaşayan Avcı ailəsi arasında çoxlu mübahisələr yaşanıb.
Hadisə baş verən gün Ahmet Avcı, qardaşı Mustafa, həyat yoldaşı Fatma, qızları Ebru Avcı və qonşuları Tülay Y. ilə oğlu Hakan Y. arasında mübahisə düşüb.
Mübahisə davaya çevriləndə Avcı ailəsinin bütün üzvləri ana və oğul tərəfindən bıçaqlanıb.
Ata Ahmet və qızı Tülay Avcı həyatını itirib.
Yaralanan ana və oğul isə müalicələrinin ardından həbs olunaraq həbsxanaya göndəriliblər.
Oksana