Abşeron rayon Xırdalan şəhəri 28-ci məhəllədə yaşayan Feyzulla Müslümov rayon polis idarəsinə məlumat verib ki, yaşadığı evdən 2 ədəd ov silahı oğurlanıb.
AZXEBER.COM ARB TV-yə istinadən xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinənləri yaxalayıblar.
Məlum olub ki, saxlanılanlardan Süleyman Səmədov zərərçəkmişin qonşusu olub. Digəri isə əvvəllər 2 dəfə həbs edilən Fuad Əliyevdir.
Polis odlu silahları onlardan aşkar edərək götürüb. Dindirmə zamanı Süleyman Səmədov hadisəni qisas almaq məqsədi ilə törətdiyini deyib.
Süleyman Səmədov - Saxlanılan şəxs: "Silahla məni qorxudurdu. Mən də dedim ki, mən silahla qorxmuram. İki nəfərlə üstümə düşüb kəllə vurdular. Mən də dedim silahını, pulunu apararam. Pul istəyirdik, silah çıxdı götürdük".
Fuad Əliyev - Saxlanılan şəxs: "Daxil olub silahları götürdüm. Silahları evə aparmadım, gizlətdim. Evdən çıxanda da tutdular".
Faktla bağlı saxlanılan şəxslərlə bağlı cinayət işi başlanıb, istintaq davam edir.