Qonşusunu daşla vurdu, hirsi soyumadı, baltaladı

Qonşusunu daşla vurdu, hirsi soyumadı, baltaladı
SOSİAL
11:54 02.03.2017
675
 
Qonşusunu söyüş üstündə öldürməyə cəhddə təqsirləndirilən Pənah Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmü ilə P.Əliyev 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Pənah Əliyevin qonşusu Xalid Lətifzadə ilə mübahisəsi düşüb. Xalid Lətifzadə ona söyüş söyüb. Pənah Əliyev  əvvəlcə onun başına daşla vurub, lakin hirsi soyumadığından daha sonra balta ilə vurub.

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
 
///Lent.az
OXŞAR XƏBƏRLƏR