Qorbaçov tədbir zamanı yatdı - FOTO

DÜNYA
12:46 25.04.2012
2151
SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçov Nobel mükafatı laureatlarının ABŞ-ın Çikaqo şəhərində baş tutan sammiti zamanı onun üçün müəyyənləşdirilmiş yerdə yatması ilə yadda qalıb.Dünya mediası xəbər verir ki, 81 yaşlı Qorbaçov hələ sammit başlamamışdan öncə zalda bəzi iştirakçılarla fəal diskussiyalar aparması ilə diqqət çəkib. Tədbir uzun çəkdiyindən görünür, eks-prezidentin enerjisi tükənib. Onun yatdığını isə toplantının xidməti personalında yer alan bir xanım görüb.Qeyd edək ki, Nobel mükafatı laureatları Çikaqo sammitində dünyada geniş yayılmış kasıblığı, təhsil problemlərini və silahlanma məsələlərini müzakirəyə çıxarıblar. Onlar belə qənaətə gəliblər ki, bu kimi çətinlikləri yoluna qoymaq mümkündür. Əlbəttə, dünya liderləri məsələlərə çox ciddi yanaşsalar.

OXŞAR XƏBƏRLƏR