Qorbaçov xəstəxanadan çıxdı

DÜNYA
00:03 11.10.2014
1206

SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov xəstəxanadan çıxıb. 

Siyasətçi vəziyyətinin yaxşılaşdığını bildirib.

"Vəziyyət bu gün, dünənə nisbətən daha yaxşıdır və buna görə həkimlər mənə xəstəxanadan çıxmağa icazə verməyi mümkün hesab etdilər. Yaxşı, budur, mən çıxdım və gedirəm indi işə", - Qorbaçov bildirib.

Qeyd edək ki, ötən gün Mixail Qorbaçov bildirmişdi ki, son zamanlar özünü pis hiss etdiyindən xəstəxanaya yerləşdirilib.

2014-cü il yayda Qorbaçov damarların bərpa kursu və oynaqların müalicəsi ilə əlaqədar xəstəxanada iki həftə keçirib.

 

 

OXŞAR XƏBƏRLƏR