Havayda qırıcı təyyarə uçuş-enmə zolağından çıxaraq körfəzə çırpılıb.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, döyüş təyyarəsinin körfəzə çırpılması nəticəsində 9 nəfər yaralanıb.
Hərbi rəsmilər qeyd ediblər ki, P-8A qırıcı təyyarəsinin Havaydakı dəniz bazasındakı uçuş-enmə zolağından çıxmasının səbəbi hələlik məlum deyil.
Sahil Təhlükəsizlik Komandanlığı təyyarədə yaralanan 9 nəfərin xilas edildiyini, axtarış-xilasetmə işlərinin sona çatdığını açıqlayıb.
Bölgədəki hava şəraiti ilə əlaqədar görmənin azaldığı bildirilir.
Mikayıl