HƏMAS ilə İsrail arasında bir həftədən artıqdır davam edən müharibədə yeni gərginlik yaşana bilər.
AZXEBER.COM xəbər verir ki, ötən həftə HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının İsrailə qarşı başlatdığı "Əqsa tufanı” hücumundan sonra gərginlik getdikcə artır.
İsrailin "Maariv” qəzeti İranın Suriyada İsrailə qarşı cəbhə açmağa hazırlaşdığını iddia edib.
Suriya ötən həftə İsraili Dəməşq və Hələb hava limanlarını vurmaqda ittiham etmişdi. Suriya Müdafiə Nazirliyi mülki şəxslərin də istifadə etdiyi hava limanına olan hücumu pisləyib və terror hücumu kimi şərh edib.
Ayşən