Həkimlərdən qorxunc proqnoz: Bu qış…

Həkimlərdən qorxunc proqnoz: Bu qış…
DÜNYA
16:29 12.01.2023
625

Bu qış 1 milyard insan COVİD-19- a yoluxa bilər.

AZXEBER.COM xəbər verir ki, dünyanın ən sıx əhalisi olan Çin COVİD-19-un yenidən yayılmasına görə, qış aylarında 1 milyarddan çox insanın yoluxacağını proqnozlaşdırır.

Pekin administrasiyası ötən ayın əvvəlində tədbirlər ləğv edildikdən sonra halların sayı barədə məlumat verməyi dayandırsa da, ölkənin bir sıra böyük şəhər və əyalətlərində səhiyyə rəsmiləri əhalinin əksəriyyətinin artıq COVİD-a yenidən yoluxduğunu bildirirlər.

Digər tərəfdən, yeni ilin ilk həftələrində kənd əhalisinin sıx olduğu bəzi əyalətlərdən verilən açıqlamalar kənd yerlərində yayılmanın gözləniləndən daha sürətli olduğunu ortaya qoyur. 100 milyon əhalisi olan Hnan əyalətində əhalinin 89 faizinin virusa yoluxduğu, 80 milyon əhalisi olan Sıçuan əyalətində isə yoluxma səviyyəsinin 80 faizi ötdüyü təxmin edilir.

Səhiyyə mütəxəssisləri profilaktika və nəzarət tədbirlərinin geri dönməz hala gəldiyi epidemiya cədvəlində, kütləvi yayılma bu cür davam edərsə, qış aylarında ölkənin 1,4 milyard əhalisinin 70 faizini təşkil edən ən azı 1 milyard insanın virusa yenidən və ya ilk dəfə yoluxacağını proqnozlaşdırıblar.

Ayşən

OXŞAR XƏBƏRLƏR