Qorxuya yox deyək – III YAZI

Qorxuya yox deyək – III YAZI
KÖŞƏ
16:58 21.01.2012
2468

Nəcəf Allahverdiyev("KarnegiKlubun" rəhbəri)

“Günlərin bir günü toyuq hininə toyuq yumurtalarının yanına bir qartal yumurtası düşür. Bir müddətdən cücələr yumurtalardan cıxırlar. Cücələrin arasında qartal balasıda “ana”sı toyuğun yanında gəzişir. Günlərin bir günü qartal bala göydə uçan qartalı görür. Və “ana”sına : “Ana bu kimdir deyə soruşur”. Anası isə ona əsəbi halda: “Bu qartaldir”-deyir. Bəs o niyə uçur. “Ana”sı: “Onlar göylərin şahıdır” - deyir. Qartal balası: “Məndə onlara oxşamaq istəyirəm” - deyir. “Ana”sı hirsli halda : “Başını aşağı sal, dənini dənlə, biz hara qartal hara?! Gic gic şeylərlə beynini doldurma!” Və beləcə qartala balası başını aşağı salıb ömrünün sonuna kimi toyuq balası kimi yaşayır”.

Özünəinam fenomenini bir qədər də açmaqdan ötrü məhşur psixoloq Brayn Treysinin gətirdiyi bir formulu gətirmək istərdik: Özünəinam, Özündən gözlənti - Ö Fitri istedad, genetik - F Təhsil, bilgi, təcrübə, mühit – T Uğur – U Öx(F+T)=U Formulada görsəndiyi kimi hər üç amilin nəticəyə - uğura öz təsiri var. Və əgər fitri istedad: bərabərdir = 50 olsa, və üzərinə 50 yə bərabər olan təhsil və təcrübəni gəlsək 100 alınır. Amma əgər özündən gözlənti və özünə inam 0-a bərabər olsa, nəticədə 0 olacag çünki, 0 neçəyə vursaq 0 alınır. Ö=0 F=50 T=50 0x( 50+50 )=0 Burada özünəinamın nə dərəcədə önəmli parametr olması açıq şəkildə görsənir. Digər tərəfdən insanın təhsilinin və bilgisinində önəmi üzə çıxır və fitri istedadı təsirinin olması ilə yanaşı onun heçdə hər zaman əvəzolunmaz olmaması görsənir. Bu formuldan insanın ancaq özünə inanıb və zəhmət çəkməməsi, təhsil almaması, təcrübə toplamasıda onun heç bir ugur qazana bilməyəcəyini göstərir: Ö=10000000 F=0 T=0 100000000x( 0+0 )= 0 Bu baxımdan məlum olur ki, bu gün dəbdə olan və ancaq insanın mən konsepsiyasını və özünü gələcəkdə hər hansı bir durumda görmək, yəni ancaq psixoloji amillər yetərli deyil. Düzdür ki, bu üslubların çox böyük təsiri vardır, niyyətimizin hara olması hansı mənzilə yetişəcəyimizdən xəbər verir, amma niyyətlə yanaşı biz həmin mənzilə doğru hərəkət də etməliyik. Qorxu amilinin fizioloji dayaqlarına gəldikdə isə biz burada insan orqanizminin qıcıqlandırıcı amilə qarşı tam adekvat bir reaksiyasını görürük. Yəni, insan ta qədimdən hər hansı qorxu faktoru ilə üzləşəndə onun daxilində bir həyəcan siqnalı yaranır və bu siqnal insan bədənində, böyrəküstü vəzilərdən adrenalinin ifrazi ilə nəticələnir. Özü özlüyündə bu proses insanın mobilizə edilməsinə, yüksək enerji əldə etməsinə xidmət edir və həyəcanı yaradan amilə qarşı mübarizədə köməkçi funksiya daşıyır... İnsan ova gedəndə, insan üzərinə hansısa bir heyvanhücum etdikdə bu faktor müsbət təsirə malik olur və insanın stress vaxtı toparlanan adrenalin sonrakı fiziki yük nəticəsində istifadə olunur. Toplum önündə çıxış öncəsidə insan orqanizmində həyəcanlanma və adrenalin ifrazı baş verir. Amma çıxış zamanı bu adrenalin xərclənmədikdə xeyir vermək əvəzinə ziyan verir. Əlbətdə müəyyən miqdarda bu adeanlinin olması kömək edici bir faktordur, insanın qüvvəllərini konsolidə edir, məsuliyyət hissini artırır , lakin bu maddənin qanda çoxluğu əks effekt verməyə başlayır və insan gözəl çıxış etmək əvəzinə bir təhər bir neçə sözü deyib, tez sanki, işgəncədən qaçan bir insan kimi öz yerinə qayıtmağa vadar edir. Bizim bilavasitə danışıq qabiliyyəti ilə bağlı mövzumuza qayıtdıqda məlum olur ki, danışmaq üçün, gözəl danışmaq üçün, qorxmadan danışmaq üçün - danışmaq lazımdır, digər tərəfdən isə qorxu amili danışmağın qarşısını alır. Sanki, qapalı və çıxılmaz bir dövr alınır. Qorxunu itirmək üçün danışmalısan, danışmağa isə qorxu qoymur... Təəssüflər ki, teoretik bilgilər və qorxu faktorunun qnoseologiyasını bilmək müəyyən qədər kömək etsə də sonuncda yetərli olmur. Qeyd etdiyimiz kimi danışmaq üçün danışmaq lazımdır, necə ki, üzmək üçün üzmək, velosiped sürməyi öyrənmək üçün velosiped sürmək lazımdır. İnsan velosipedin necə sürülməsi haqda çox sayda kitab oxuya bilər internetdən çoxlu metodika tapa bilər, ona çoxlu sayda məsləhət verə bilərlər, amma özü oturub sürməsə xeyri yoxdur, özü sürməli, yıxılmalı və öyrənməlidir. Bəs bunu natiqliylə paralel aparanda nə olur, ahi insan digərlərinin önündə “yixildiqdan” sonra danışmağa utanır, nə etməli?! Burada danışıq qabiliyyətilə baqlı açılmış treninqlərin, natiqlik kurslarının mahiyyəti açılır. Bu treninqlərdə tələbələr danışıq texnikası, danışıq parametrlərini öyrənməklə yanaşı, oyun formasında çoxlu sayda danışmalı olurlar. Asma körpü və ya balaca hovuzda üzmək və ya əvvəl üçtəkərli velosiped, sonra isə ağır yüklərlə velosiped sürmək, bu bizim metodikanın bir cəhətidir. Bizim treninqlərə gəldikdə isə burada iki metodik üslubdan istifadə edilir. Birincisi, öyrədərək öyrənmək, ikincisi, diskomfort zona da öyrənmək. Və ümumiyyətlə toplum önündə xarizmalı və bəlağətli çıxış etmək üçün nə etməli? İnsanlarla ünsiyyəti, dostlarla təması, müştərilərlə satışı necə qurmalı? İki yolu var. Üzməyi öyrənmək üçün gərək üzəsən, velosiped sürməyi öyrənmək üçün gərək velosiped sürəsən, danışmağı öyrənmək üçün gərək danışasan . Sanki, qapalı bir çevrə alınır. Danışmaq üçün danışmalısan, danışmağada qorxursan. Dediyimiz kimi iki yol var. Biri həyatda praktika, bu çoxları üçün çox çətin və mürəkkəbdir. İkinci yol isə treninqdir. Treninqlər vaxtı insan oyun formasında danışmalı olur, bu danışıq zamanı buraxılan səhvlər və yalnışlıqların nəticə baxımından təsiri olmasada, öyrənmə baxımından cox önəmi vardır. Bu sanki, məşq zamanı basketbol səbətinə atılan toplar prosesinə oxşayır. Bir yandan səbətə hər düşməyən top səhvin anladır və gələcəkdə atılan topların daha sərrast atılmasına xidmət edir, digər tərəfdən oyunun hesabında təsir göstərmir. Treninqlərmizin əsas cəhətlərindən biri məhz çoxlu sayda çıxışdan ibarətdir. Treninqin cəmisi 10-15 faizi teoretik baza təşkil edir, qalan zamanı isə praktika, canlı oyunlar və çıxışlar tutur. Bizim treninqlər Moskvanın “Bəlagət və natiqlik ustaliği” universitetinin texnologiyasına əsaslanır, bu metodika Şipunov tərəfindən əsası qoyulub və istifadə olunur. Bu metodikanın sanki, iki əsas qanadı var. Birinci uslub öyrədərək öyrənmə üzərində qurulub. Yəqin ki, bir çoxları öz həyatlarında bu fenomənlə üzləşib: Nəyisə kiməsə öyrədəndə insan adətən daha çox öyrənir, bilgiləri möhkəmlənir, nəyi zəif bildiyinidə anlamağa başlayır. Treninqdə bu fenomendən geniş istifadə olunur. Birinci dərsdən artıq tələbələrə müəyyən parametrlər haqda məlumat verilir və treninqdə olanlar bir - birlərinə faydalı məsləhət verərək, qarşılıqlı əlaqə yaradırlar. Beləliklə, treninq boyu hər tələbənin çoxlu sayda çıxışı olmaqla yanaşı, hər çıxışçını qiymətləndirməli də olur, qarşı tərəfin mənfi və müsbət cəhətlərini göstərir və bu vaxt iki tərəfdə öyrənir. Bir yandan çıxış edən özünün müsbət və mənfi cəhətlərindən xəbərdar olur, digər tərəfdən qiymət verən, qarşılıqlı əlaqə zamanı istər istəməz müsbət cəhətləri görüb özünə götürür və mənfiləri kənardan görüb özündə onların təkrar etməsini nəzarət etməyə başlayır və əgər varsa, onları tanıdıqdan sonra tərk etməyə başlayır. Və nəzərə alsaq ki, çıxış edəni bir nəfər yox, çox adam qiymətləndirir, subyektivlik faktorunun faizi aşağı düşür. İkinci metodik üslub isə komfort zonası nəzəriyyəsinə əsaslanır. Hər insanın daim yaşadığı, öyrəşdiyi bir mühit var. Və həmin mühitdə o özünü çox rahat və sərbəst hiss edir. Burada insan özünü komfortlu hiss edir. Bu hala komfort zonası deyilir. Bu zonada insan heçnə öyrənmir və adət etdiyi həyat tərzini sürür. İnsan komfort zonasından kənara cixdıqda inkişaf etməyə başlayır. Bu zona inkişaf zonası adlanır. Treninqlərdə bu metodikanın istifadəsi tələbələri adət etdiyi komfort zonasından çıxardaraq, onları öyrəşmədikləri, adət etmədikləri bir hala gətirərək onların inkişaf zonasına girməsindən ibarət olur. Treninqlər vaxtı tələbələr bu zonada bilavasitə yeni xeyirli vərdişlərə yiyələnirlər. Treninqlər sanki, olimpiya çempionunun bir məşqinə çevrilir. Burada tələbələr adi hayatda rastlaşmadıqları situatsiyalarla üzləşməklə yanaşı, öyrəşmədiyi ağırliqlarda yüklərlədə yqklənirlər . Bir müddət keçir, yüklər götürülür və tələbə sərbəst halda real həyatına qədəm qoyur, ancaq artıq o əvvəlki insan olmur, onu n daxilində sanki bir mühərrik qoyulur və əgər insan aldığı bilgiləri yerində və lazımlı qaydada istifadə etsə, onun qarşısındakı maneələr ona heç bir təsir qoymayacaq.

ÜMUMİ YAZILAR...

https://karnegi.az/index.php?newsid=5

OXŞAR XƏBƏRLƏR