Qoşa Qala qapılarının bərpasına başlanılıb - Foto

Qoşa Qala qapılarının bərpasına başlanılıb - Foto
SOSİAL
14:36 08.05.2019
2713
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) tarixi XII əsrə söykənən Qoşa Qala qapılarını bərpasına başlayıb.

İdarədən AZXEBER.COM-a verilən məlumata görə, bərpa işlərinin əksəriyyəti Avstriyanın tanınmış "Atelier Erich Pummer GmbH” şirkəti tərəfindən həyata keçirilir.

Layihəyə əsasən, 2019-cu ildə Qoşa Qala qapıları həm İçəri Şəhər (daxili), həmçinin Bayır şəhər (fasad) tərəfindən bərpa-konservasiya ediləcək. Hazırda Qoşa Qala qapılarının yanındakı iki bürc də daxil olmaqla abidə xaricdən bərpa edilir. Layihənin cari ilin sonuna qədər başa çatması planlaşdırılır.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR