Qovulan məşqçi: “Axmaq davrandım” - VİDEO

İDMAN
14:24 19.09.2013
1295
Almaniyanın "Borussiya" (Dortmund) klubunun baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının qrup mərhələsində "Napoli"yə qarşı oynanmış matçda (1:2) davranışına görə peşmandır.
 
Məşqçi yaramaz hərəkət etdiyinin fərqinə vardığını vurğulayıb.
 
"Emosiyalarımda adətən çoxlu pozitiv olur. Amma o matçda belə olmadı. Davranışıma görə komandadan və hakimlərdən üzr istədim. Çox axmaq davrandım. Özümdən çıxdım, həddi aşdım. Meydandan çıxarılmağa görə yalnız özümü suçlamalıyam", - Y.Klopp deyib.
OXŞAR XƏBƏRLƏR