Qoyun əti yüksək xolesterinə qarşı ən yaxşı vasitədir - SAĞLAMLIQ
SAĞLAMLIQ
16:09 28.12.2011
2844
Alimlər xolesterinin səviyyəsinin aşağı salınması üçün qoyun ətindən istifadəni məsləhət görürlər. Trend-in məlumatına görə, bu barədə "The Times of India" qəzeti "American Journal of Clinical Nutrition" jurnalına istinadən yazır.ABŞ-dakı Pensilvaniya Universitetinin əməkdaşları müəyyən ediblər ki, gündəlik rasionda yağsız qoyun ətinin olması xolesterinin, xüsusilə də "ziyanlı xolesterin"in ümumi göstəricilərinin aşağı düşməsinə gətirib çıxarır. Bu fakt isə ürək xəstəliklərindən əziyyət çəkənlər üçün çox faydalıdır.Alimlər pəhrizin müsbət təsirini xolesterini həddindən artıq yuxarı olan bir qrup könüllü üzərində sınaqdan keçiriblər. Tədqiqatçılar istifadə olunan qoyun ətinin həcmini müxtəlif şəkildə təyin edərək xolesterinin səviyyəsinin necə dəyişdiyini müəyyən ediblər.