Qrenlandiya buzlaqlarında 48500 il yaşı olan viruslar aşkarlandı

Qrenlandiya buzlaqlarında 48500 il yaşı olan viruslar aşkarlandı
DÜNYA
13:50 22.05.2025
314
Orhus Universitetinin danimarkalı alimləri Qrenlandiyada buz təbəqəsinin səthində təxminən 48500 il yaşı olan buz nümunələrində canlı nəhəng viruslar aşkar ediblər
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, xüsusilə təhlükə doğuran Pandoravirus yedomadır ki, onun əridikdən sonra canlıları yoluxdura biləcəyi məlum olub.
 
Onun ölçüsü bir mikrometrə çatır və tərkibində 2,5 milyon nukleotid var. Bu, da bu günə qədər məlum olan ən böyük viruslardan biridir.

Sibir permafrostunda və ya okeanın dərinliklərində əvvəllər aşkar edilmiş viruslardan fərqli olaraq, bu patogenlər buzlaqların səthində idi və artıq mikroyosunlarla qarşılıqlı əlaqədədirlər.

Alimlər xəbərdarlıq edir ki, qlobal istiləşmə səbəbindən buzların sürətlə əriməsi qədim mikroorqanizmləri meydana çıxara bilər.
 
Bu da yeni yoluxucu təhlükələrin yaranması riskini artıracaq.
 
Aysel
OXŞAR XƏBƏRLƏR