Azərbaycanda qrip əleyhinə vaksinasiya dövlət xəstəxanalarında pulsuz həyata keçiriləcək.
Bu barədə AZXEBER.COM-un sorğusuna cavab olaraq Respublika Gigiyena və Epidemologiya Mərkəzindən bildirilib.
Məlumatda qeyd olunub ki, ölkəyə gətirilən qrip əleyhinə peyvəndin istehsalçısı Niderlanddır. Peyvəndlər yalnız dövlət tibb müəssisələrində tətbiq edilir və ödənişsizdir.