İspaniyanın "Atletiko" klubunun futbolçusu Antuan Qrizmann UEFA Çempionlar Liqasında 25 fərqli komandaya qol vurub.
Fransalı hücumçu 1/8 final mərhələsinin İtaliya "İnter"i ilə cavab görüşündə (2:1) fərqlənərək öz göstəricisini yaxşılaşdırıb.
Bu baxımdan o, həmyerliləri arasında yalnız Kərim Benzemadan geri qalır. İspaniyanın "Real" komandasının sabiq forvardı 34 fərqli klubu məyus etməklə fransızlar arasında rekordçudur.
Qeyd edək ki, Antuan Qrizmann "Atletiko"nun heyətində bu mövsüm 37 oyunda 19 qol vurub, 7 məhsuldar ötürmə verib.
///Report