Quba, Qusar və Naxçıvanda dağlıq ərazilərə qar yağıb

Quba, Qusar və Naxçıvanda dağlıq ərazilərə qar yağıb
SOSİAL
13:54 17.11.2023
129

Naxçıvanda Muxtar Respublikasının dağlıq ərazilərinə qar yağıb.

Dünən axşamdan başlayaraq daha çox Şahbuz rayonunun Batabat yaylağına qar düşüb.

Bu gün səhər saatlarından Quba və Qusar rayonlarına qar yağmağa başlayıb.

Hazırda Xınalıq, Qrız, Laza və digər yüksək dağlıq ərazilərdə qar yağması müşahidə olunur.

Bölgənin digər yaşayış məntəqələrində isə yağış və sulu qar yağır.

OXŞAR XƏBƏRLƏR