Quba sakini qətlə yetirilib

KRİMİNAL
13:57 16.11.2016
1849
Quba rayonunda qətl hadisəsi baş verib.

AZXEBER.COM-un verdiyi məlumata görə, rayonun Barlı kənd sakini 1979-cu il təvəllüdlü Məmmədov Ramiz Əhməd oğlu bıçaqlanıb. O, dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olan R. Məmmədov əməliyyat otağına aparılarkən dünyasını dəyişib.
 
Quba rayon Prokurorluğundan  verilən məlumata görə, prokurorluğun əməkdaşları hadisə yerinə yollanıb.
 
Faktla bağlı istintaq əməliyyat tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR