Quba-Xaçmaz yolunda ağır qəza: 4 nəfər öldü - Biri dünya çempionudur

Quba-Xaçmaz yolunda ağır qəza: 4 nəfər öldü - Biri dünya çempionudur
SOSİAL
16:59 10.01.2019
7761

Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 4-ə çatıb.

AZXBER.COM Report-a istinadən xəbər verir ki, qəzada xəsarət alan 1979-cu il təvəllüdlü Ramin Seyidəhmədov yerləşdirildiyi Quba rayon Mərkəzi Xəstəxanasında ölüb.

Qeyd edək ki, qəzada ölənlər Qasımov Coşqun Kamil oğlu, Abasov Zakir Eldəniz oğlu və Nahid Tarıverdiyevdir. Ölənlərin ikisinin xalaoğlu olduqları və 10-cu sinifdə oxuduqları bildirilib.
 
Qasımov Coşqun Boks üzrə Respublika çempionudur.
OXŞAR XƏBƏRLƏR