Quba-Xınalıq yolunda qar uçqunu - 8 kəndlə əlaqə kəsildi

Quba-Xınalıq yolunda qar uçqunu - 8 kəndlə əlaqə kəsildi
SOSİAL
13:29 17.02.2017
801

Bu gün Quba-Xınalıq yolunda qar uçqunu olub.

Uçqun magistralın 37-ci kilometrliyində baş verib.

 

Uçqun nəticəsində yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Xınalıqla bərabər yolun üzərində olan daha 7 kəndlə əlaqə kəsilib. 

"Azəravtoyol” ASC-nin yerli qurumunun canlı qüvvəsi və ağır texnikası əraziyə cəlb olunub. Hazırda yolun təmizlənməsi istiqamətində işlər aparılır.

///APA
OXŞAR XƏBƏRLƏR