Qubada ağır yol qəzası olub, ölən və xəsarət alan var

SOSİAL
07:08 24.09.2024
121
Quba rayonunda minik avtomobilləri toqquşub, ölən və yaralanan var.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Quba şəhərinin H.Əliyev prospektində baş verib.

Belə ki, "Opel" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər ağır xəsarətlər alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Hazırda ölən və yaralının kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR