Qubada ayı hücumu olub, xəsarət alan var

Qubada ayı hücumu olub, xəsarət alan var
HADİSƏ
20:18 16.10.2025
112
Qubada ayı təsərrüfata hücum edib.

Hadisə rayonun Qonaqkənd qəsəbəsində baş verib.

Belə ki, rayonun Vladimirovka kənd sakini, 1989-cu il təvəllüdlü Azər İsgəndərov heyvanların saxlandığı təsərrüfatda olan zaman ayı oraya hücum edib.

Nəticədə A.İsgəndərov ayağından və bədənindən yaralanıb. Onu ayının pəncəsindən yaxınlıqda olan insanlar xilas ediblər. O, Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, son vaxtlar Qubada ayıların təsərrüfatlara hücum hadisələri artıb.
OXŞAR XƏBƏRLƏR