Qubada əl qumbaraları tapıldı

Qubada əl qumbaraları tapıldı
SOSİAL
19:58 03.12.2021
288
Quba rayonu ərazisində üç ədəd F-1 əl qumbarası aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə (RPŞ) Quba-Xınalıq yolunun Qırız Dəhnə kəndi ərazisindən keçən hissəsində üç ədəd F-1 əl qumbarasının olması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə gedən polis əməkdaşları əl qumbaralarını aşkar edərək götürüb. 

Faktla bağlı RPŞ-də araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR