Yük maşınlarının iştirakı ilə baş verən qəzaların əsas səbəbləri nədir? - VİDEO

Yük maşınlarının iştirakı ilə baş verən qəzaların əsas səbəbləri nədir? - VİDEO
SOSİAL
23:43 27.06.2026
127
Avtomobil qarşısında hərəkət edən nəqliyyat vasitəsinə çırpılır... Zərbənin təsirindən sürücü idarəetməni itirir və avtomobil yolun hərəkət hissəsindən çıxır... Digər görüntülərdə isə "KamAZ" markalı qoşqulu yük avtomobili yoldan çıxaraq su kanalına aşır...

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, aparılan təhlillərə görə, eyni istiqamətdə, eyni zolaqda hərəkət edən nəqliyyat vasitələrinin toqquşması və ya avtomobilin heç bir əsaslı səbəb olmadan yolun hərəkət hissəsindən kənara çıxması sürücülərin yorğun, yuxusuz olması, yaxud idarəetmə zamanı diqqəti yayındıran hərəkətlərə yol verməsi ilə birbaşa bağlıdır. Yükdaşıyan avtomobil sürücülərinin yuxusuzluğu ağır qəzalara səbəb olur. Sürücülərin uzun iş saatları və kifayət qədər istirahət etməməsi yol hərəkəti təhlükəsizliyi baxımından ciddi problem olaraq qalır:

Nəqliyyat ekspertləri deyirlər ki, yükdaşıma ilə məşğul olan şirkətlər sürücülərin fəaliyyətinə və iş rejiminə daha ciddi nəzarət etməlidirlər:

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları avtomobil idarə edərəkən diqqəti yayındıran hərəkətlərdən çəkinməyə, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə, həyat və sağlamlığına biganə yanaşmamağa çağırır.

OXŞAR XƏBƏRLƏR