Quba sakini ailəsi ilə dalaşdı, özünü qayadan atdı

Quba sakini ailəsi ilə dalaşdı, özünü qayadan atdı
SOSİAL
10:35 12.01.2018
1025

Qubada yaşlı kişi özünü qayadan atıb.

Hadisə rayonun Dağlı kəndində baş verib. Kənd sakini, 1940-cı il təvəllüdlü Rəşidov Abgül Mürşüd oğlu münaqişə zəminində kənd ərazisindəki yüksəkdə yerləşən qayaya çıxıb və oradan özünü atıb.

A.Rəşidov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

///Trend

OXŞAR XƏBƏRLƏR