Quba rayonunun Rustov kəndində insan sümükləri aşkarlanıb.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, son günlər müşahidə olunan güclü yağış nəticəsində Rustov kəndində kiçik torpaq sürüşməsi baş verib.
Nəticədə, kənd məscidindən bir qədər aralıda yolun kənarında insana məxsus kəllə və çanaq sümükləri üzə çıxıb.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, 2007-ci ildə Quba şəhər stadionunda tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən kütləvi məzarlıq aşkar edilib. Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri tərəfindən aparılan tədqiqat nəticəsində məlum olub ki, buradakı insan sümükləri 1918-ci ildə ermənilər tərəfindən qətlə yetirilən yerli sakinlərə məxsusdur. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə 2013-cü ildə Quba şəhərində "Soyqırımı Memorial Kompleksi" yaradılıb.