Qubada meşə massivində yanğın başlayıb

Qubada meşə massivində yanğın başlayıb
SOSİAL
12:36 20.08.2022
191
"Bu gün Quba rayonunun Gədik kəndi və Qoşabulaq ərazisinin meşə massivində yanğın başlayıb".

AZXEBER.COM xəbər verir ki, bunu report-a fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

O bildirib ki, hazırda həmin ərazilərə Fövqəladə Hallar Nazirliyinin 3 avtomobili və 1 helikopteri cəlb edilib:

"Yanğının söndürülməsi işləri davam etdirilir".

E.Mirzəyev qeyd edib ki, Quba rayonunun digər ərazilərində yanğın söndürülüb.
OXŞAR XƏBƏRLƏR