Quba rayonunun Bərqov kəndində meyiti tapılan 4 yaşlı Fuad Mustafayevin baş nahiyəsində - alnında xəsarətlər olub.
Məhkəmə Tibb Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba şöbəsinin müdiri Çingiz İskəndərov report-a bildirib ki, ekspertizanın rəyindən sonra uşağın ölüm səbəbi (yıxılıb və ya qəsdən öldürülüb) məlum olacaq.
Bərqov kənd sakinlərinin sözlərinə görə, Fuad Mustafayevin meyiti yaşadığı evin hasarının dibində tapılıb.