Qubada minik avtomobili ağaca çırpılıb, sürücü ölüb

Qubada minik avtomobili ağaca çırpılıb, sürücü ölüb
HADİSƏ
00:30 27.09.2025
141
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba rayonunun Ağbil kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Aşağı Xuc kənd sakini, 23 yaşlı Ceyhun Yusifovun idarə etdiyi "VAZ 21011” markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Ağır xəsarətlər alan sürücü Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Avtomobildə olan sərnişin 24 yaşlı Asim Qafarov isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR