Qubada sel körpünü uçurub, altı kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib - FOTO

Qubada sel körpünü uçurub, altı kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib - FOTO
SOSİAL
10:19 29.07.2024
128
Quba rayonunda sel körpünü uçurub, altı kəndin rayon mərkəzi ilə əlaqəsi tam kəsilib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, Quba-Xınalıq yolunun 42-ci kilometrində yerləşən Əlikçayın üzərindəki körpü uçub.

Məlumata görə, iyulun 28-dən başlayaraq yagan güclü yağışlardan əmələ gələn sel körpünü uçurdub.

Nəticədə Xınalıq, Bostankeş, Haput, Cek, Əlik, Qəley-Xudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Qeyd olunur ki, hava şəraiti ilə əlaqədar körpünün bərpa edilməsi işlərinə hələ başlanılmayıb.

Həmin kəndlərin sakinlərinə körpü bərpa olunana qədər Xınalıq-Susay-Alpan yolundan istifadə etmək tövsiyə edilib.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR