Qubada yanğın törədənlərdən biri həbs olunub, ikisi cərimələnib

Qubada yanğın törədənlərdən biri həbs olunub, ikisi cərimələnib
HADİSƏ
20:07 04.08.2025
172
Avqustun 3-də Quba rayonunun müxtəlif ərazilərində biçilmiş taxıl sahələrinin qəsdən yandırılması ilə bağlı polis əməkdaşları tərəfindən üç nəfər müəyyən olunaraq saxlanılıb.

DİN-in mətbuat xidmətindən AZXEBER.COM-a verilən xəbərə görə, araşdırmalarla bu qanunsuz əməllərin rayon sakinləri Bahadır Mehrəliyev, Səməndər Məmmədrəhimov və Vahid Abdullayev tərəfindən törədildiyi məlum olub.

Onlar biçilmiş əkin sahələrini yandırdığına görə alov nəzarətdən çıxaraq daha geniş ərazilərə yayılıb.

Saxlanılan şəxslərdən Bahadır Mehrəliyev həbs edilib, digər iki şəxs isə inzibati qaydada cərimələnib.
OXŞAR XƏBƏRLƏR