Qubada yol-nəqliyyat hadisəsi olub, ölən var

HADİSƏ
21:39 12.01.2025
434
Quba-Xaçmaz yolunda avtomobil qəzası baş verib, ölən var.

AZXEBER.COM-un "Report"a istinadən məlumatına görə, hadisə Quba-Xaçmaz avtomobil yolunun rayonun Zərdabi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü, Quba rayonunun Bağbanlı kənd sakini Rüstəmov Taleh Malik oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR