Qubadlıda yük avtomobili aşıb, sürücü xəsarət alıb

SOSİAL
15:36 09.01.2025
127
Qubadlı rayonunun Hal kəndi ərazisində "İVECO” markalı yük avtomobili idarəetməni itirərək yol kənarına aşıb, sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə AZXEBER.COM-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qubadlı rayon yanğından mühafizə hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Onlar deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan,1995-ci il təvəllüdlü Kənan Səyyad oğlu Rəhimlini çıxarıb təcili tibbi yardım briqadasına təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR