Qubadlının işğaldan azad olunmasından 1 il ötür

Qubadlının işğaldan azad olunmasından 1 il ötür
SOSİAL
08:19 25.10.2021
265
Bu gün - oktyabrın 25-i Qubadlının Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür.

AZXEBER.COM xatırladır ki, şəhərin erməni işğalçılarından təmizlənməsindən 1 il ötür.

Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.

2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini xəbər verib.
 
Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən müstəqil rayon olub.

Qubadlı 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İnzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir.
 
Qubadlı rayonunun səthi əsasən dağlıqdır. Ərazisi Qarabağ silsiləsinin cənub-qərb (Topağac dağı – 2 010 m, Pirdağ-1 316 m), Bərgüşad silsiləsinin şərq (Hərtis dağı – 1 277 m) və Qarabağ yaylasının cənub-şərq (Qurbantəpə dağı – 1 075 m) hissəsinə daxildir. Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü (Bazarçay, Həkəri və onların qollarıdır (Kiçik Həkəri, Meydandərəsi və s); bunlardan suvarmada istifadə edilir.

Rayonda əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılıb. Əsas bitki örtüyü kollu və seyrək meşəli çəmənlərdir. Dağ meşələri (fıstıq, palıd, vələs və s.) var. Meşələrin sahəsi 13,2 min hektardır. Heyvanları ayı, canavar, vaşaq, tülkü, boz dovşan, süleysin, oxlu kirpi və s-dir. Quşlardan boz kəklik, turac, qırqovul, göyərçin və s. var. Rayonda Qubadlı yasaqlığı təşkil edilib.

Qarabağ Azərbaycandır!
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan cüdoçuları Avropa çempionatını 10 medalla başa vurublar
21:57 01.07.2026
Azərbaycan cüdoçuları Avropa çempionatını 10 medalla başa vurublar
Sevgilisi ilə Tiflisə gedən Fatiməni xalası oğlu belə öldürdü... - Dəhşətli qətlin təfərrüati
21:51 01.07.2026
Sevgilisi ilə Tiflisə gedən Fatiməni xalası oğlu belə öldürdü... - Dəhşətli qətlin təfərrüati
"Qarabağ" daha bir yoxlama oyununda uduzdu
21:45 01.07.2026
"Qarabağ" daha bir yoxlama oyununda uduzdu
Göldə boğulan Sevda Nəbiyeva həkim imiş
21:31 01.07.2026
Göldə boğulan Sevda Nəbiyeva həkim imiş
Eyni ərazidəki evlər buna görə kəskin fərqli qiymətə satılır - Açıqlama
21:28 01.07.2026
Eyni ərazidəki evlər buna görə kəskin fərqli qiymətə satılır - Açıqlama
Məcburi köçkünlərin evləri pulsuz təmir olunacaq
21:17 01.07.2026
Məcburi köçkünlərin evləri pulsuz təmir olunacaq
Ukraynada həlak olan Fatimənin atası: "Ürəyim yanır"
21:07 01.07.2026
Ukraynada həlak olan Fatimənin atası: "Ürəyim yanır"
Bakının üç rayonunda elektrik şəbəkələri yenidən qurulacaq
21:04 01.07.2026
Bakının üç rayonunda elektrik şəbəkələri yenidən qurulacaq
“Üfüqdən o yana baxış...” - FOTO
20:53 01.07.2026
“Üfüqdən o yana baxış...” - FOTO
İyunda orta aylıq temperatur iqlim normasından yuxarı olub
20:46 01.07.2026
İyunda orta aylıq temperatur iqlim normasından yuxarı olub
Millinin ev oyunlarının məkanları açıqlandı
20:38 01.07.2026
Millinin ev oyunlarının məkanları açıqlandı
Azərbaycan–Aİ tərəfdaşlığı yeni üfüqlərə doğru irəliləyir - Hikmət Hacıyev
20:36 01.07.2026
Azərbaycan–Aİ tərəfdaşlığı yeni üfüqlərə doğru irəliləyir - Hikmət Hacıyev
Fon der Lyayen: Azərbaycan öz enerji sistemini Aİ ilə birləşdirəcək
20:34 01.07.2026
Fon der Lyayen: Azərbaycan öz enerji sistemini Aİ ilə birləşdirəcək
Avropa Komissiyasının rəhbəri: Aİ Cənubi Qafqazda bağlantı layihələrinə 200 milyon avro qrant ayıracaq
20:33 01.07.2026
Avropa Komissiyasının rəhbəri: Aİ Cənubi Qafqazda bağlantı layihələrinə 200 milyon avro qrant ayıracaq
Bakı Ali Neft Məktəbi ilə Qazax Milli Universiteti arasında əməkdaşlıq memorandumu imzalandı
20:30 01.07.2026
Bakı Ali Neft Məktəbi ilə Qazax Milli Universiteti arasında əməkdaşlıq memorandumu imzalandı
Ursula Fon der Lyayen: Aİ Bakıda regional bağlantı üzrə konfrans keçirməyi təklif edəcək
20:23 01.07.2026
Ursula Fon der Lyayen: Aİ Bakıda regional bağlantı üzrə konfrans keçirməyi təklif edəcək