Qubadlının işğalının 20-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

Qubadlının işğalının 20-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib
SİYASƏT
13:10 30.08.2013
1567

Bu gün Qubadlı rayonunun Ermənistan tərəfindən işğalının 20-ci ildönümü əlaqədar anım mərasimi keçirilib.

APA-nın məlumatına görə, Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olan soydaşlarımızın xatirəsi yad edildikdən sonra “Yol gedir... Qubadlıya” adlı sənədli film nümayiş olunub. Mərasimi giriş sözü ilə açan Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov deyib ki, Ermənistanın təcavüzü başlayanda Qubadlı rayonu 238 şəhid verib. Rayona milyardlarla manat maddi ziyan dəyib. Köçkünlük dövründə 4476 nəfər Qubadlı rayon sakini dünyasını dəyişib.

O qeyd edib ki, “Xocalıya ədalət” kampaniyası təcrübəsindən istifadə etməklə Azərbaycanın ayrı-ayrı rayonlarının işğalı, burada ermənilərin törətdikləri kütləvi vəhşilik və vandalizm halları da dünya miqyasına çıxarmağın vaxtı çatıb: “Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə gəlincə, Ali Baş Komandanımızın bu istiqamətdə atacağı hər hansı addımın və qəbul edəcəyi qərarın birmənalı şəkildə dəstəklənməsi və müdafiə olunması bizim üçün sübuta ehtiyacı olmayan aksiomadır”.

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov isə çıxışında Qubadlının tarixinə toxunaraq bildirib ki, Qubadlı Zəngəzur mahalına aid olan, uzun illər Qarabağ xanlığına bağlı bölgə olub. Ə. Həsənov Qubalı əhalisinin mərd, döyüşkən, dövlətə bağlı camaat olduğunu da deyib: “Qubadlı əhalisi çox mərd camaatdır. Bu əhali özü-öz dolanışığını təmin edə bilir. Qubadlı əhalisi respublikanın 42 şəhər və rayonunda, məcburi köçkünlərin 70 faizindən çoxu isə Sumqayıt şəhərində məskunlaşıb. Prinsip etibarı ilə bu rayonun əhalisi dövlətə, hökumətə yardım üçün müraciət etməyiblər. Bu camaatda ələbaxımlıq yoxdur. Bu insanlar dövlətə xidmət edən şəxslərdir. Buna görə də onlar hörmət və izzətə layiq insanlardır. Hesab edirik ki, gün gələcək bu torpaqlar azad olunacaq”.

Ə. Həsənov münaqişənin ilk illərində beynəlxalq humanitar təşkilatların və bəzi dövlətlərin Azərbaycanın qaçqın və məcburi köçkünlərinə etdiyi yardımları unutmadıqlarını və buna görə onlara minnətdar olduqlarını da bildirib. Beynəlxalq Qızıl Xaç Komitəsinin Avropa və Avrasiya üzrə əməliyyatlarının başçısı, cənab Korba Loranın da tədbirdə iştirakını, beynəlxalq humanitar təşkilatların bu problemə münasibəti kimi dəyərləndirib: “Yaxı olardı ki, dünyanın bəzi dövlətləri, siyasətçiləri və dövlət rəhbərləri də bu problemə belə münasibət bəsləyərdilər”.

Ə. Həsənov qeyd edib ki, Azərbaycanın yeganə problemi Dağlıq Qarabağ münaqişəsidir: “Bu da bizim prezidentimizin, dövlətimizin, xalqımızın imkanları çərçivəsindən çoxdan kənara çıxıb. Əgər bu bizim prezidentimizin səlahiyyətləri çərçivəsində olsaydı, çoxdan həll edərdi. Artıq bu problemin həlli Azərbaycanın və Ermənistanın hüdudlarından kənara çıxıb. Hazırda ədalətsizlik hökm sürür. Bu ədalətsizlik – tökülən qanlar yerdə qala bilməz”.

Tədbir ədəbi-musiqili kompozisiya ilə davam etdirilib.

Mərasimdə Milli Məclisin deputatları, ictimaiyyət, dövlət, hökumət, həmçinin Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri iştirak edib.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
12:49 10.05.2025
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi
12:30 10.05.2025
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi
XİN başçısı: AZAL-ın təyyarəsinin qəzaya uğramasına dair Rusiya ilə təmaslar davam edir
12:17 10.05.2025
XİN başçısı: AZAL-ın təyyarəsinin qəzaya uğramasına dair Rusiya ilə təmaslar davam edir
Sabah 31 dərəcə isti olacaq
12:05 10.05.2025
Sabah 31 dərəcə isti olacaq
Naftalanda Ulu Öndərin 102 illiyi münasibətilə tədbir keçirilib
11:44 10.05.2025
Naftalanda Ulu Öndərin 102 illiyi münasibətilə tədbir keçirilib
Bank of Baku-da “Sahibkar həftəsi” keçirilir
11:33 10.05.2025
Bank of Baku-da “Sahibkar həftəsi” keçirilir
"Azərbaycan-Vyetnam əlaqələri yeni deyil"
11:14 10.05.2025
"Azərbaycan-Vyetnam əlaqələri yeni deyil"
Ceyhun Mirzəyevin qızının SON HALI
11:09 10.05.2025
Ceyhun Mirzəyevin qızının SON HALI
Prezident Ağdamın Kəngərli kəndinə köçən sakinlərə evlərinin açarlarını təqdim etdi
11:00 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinə köçən sakinlərə evlərinin açarlarını təqdim etdi
Bu il ərzində 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib
10:46 10.05.2025
Bu il ərzində 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib
Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirildi
10:31 10.05.2025
Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirildi
Ağdaşda bir nəfər kanalda batıb
10:16 10.05.2025
Ağdaşda bir nəfər kanalda batıb
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak etdi
10:06 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak etdi
Pakistan Silahlı Qüvvələri Hindistan aerodromunun məhv edildiyini açıqladı
10:04 10.05.2025
Pakistan Silahlı Qüvvələri Hindistan aerodromunun məhv edildiyini açıqladı
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər
10:03 10.05.2025
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
10:00 10.05.2025
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib