Qubaya kino çəkilişinə gedənlər qəzaya düşdü - Ölən var

Qubaya kino çəkilişinə gedənlər qəzaya düşdü - Ölən var
SOSİAL
15:23 27.08.2025
673
Bu gün Quba-Alpan-Susay-Xınalıq yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM Bizim.media-ya istinadən xəbər verir ki, Quba rayonunun Qalayxudat kəndindən keçən hissəsində baş verən qəzada "Ford” markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib, bir nəfər isə ağır yaralanıb.

Avtomobildə olan şəxslərdən biri dərəyə düşüb və o, təcili tibbi yardım vasitəsilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin ehtimallara görə, qəza dumanlı hava şəraitində sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Avtomobil təxminən 100 metr hündürlükdən dərəyə yuvarlanıb.

Bildirilib ki, qəzaya düşən avtomobil Qrız kəndinə film çəkilişi üçün yollanan texniki heyətə məxsus olub. Nəqliyyat vasitəsində sanitar təyinatlı avadanlıqlar da daşınırmış. Bildirilir ki, sözügedən film Yaponiyadan olan tərəfdaşlarla birgə çəkilir.

Hadisə ilə bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır.
 

OXŞAR XƏBƏRLƏR