"Daxili Qoşunlar, Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçilərinə 20 il qüsursuz xidmət etsələr də, onlara mənzil verilmir".
Bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
O deyib ki, Azərbaycan Ordusunda xidmət keçənlərə bu mənzillər verilir, ona görə də DSX və Daxili Qoşunların hərbçiləri də bununla bağlı müraciət edirlər.
Deputat qeyd edib ki, hərbçilərin müraciətlərinə daha diqqətlə yanaşmalıdırlar.