"Qüdrət Şükürov bu qədər pulu maaşla qazana bilməzdi" — Deputat qızına 400 minlik toy edən məmurdan DANIŞDI

"Qüdrət Şükürov bu qədər pulu maaşla qazana bilməzdi" — Deputat qızına 400 minlik toy edən məmurdan DANIŞDI
SOSİAL
15:00 04.10.2018
8249
Milli Məclisin deputatı, Qarabağ müharibəsi veteranı Elman Məmmədov 400 minlik toyu ilə məşhurlaşan videobloger Aysel Şükürovanın atası Qüdrət Şükürovun Bakı Lift İdarəsinin baş direktoru vəzifəsindən çıxarılmasından danışıb.
 
E.Məmmədov "Ölkə.Az"a açıqlamasında deyib ki, Qüdrət Şükürov mətbuatda dəbdəbəli həyat tərzi və var-dövlətilə gündəmə gələn məmur olub: "Əgər Qüdrət Şükürovun deyilən qədər var-dövləti yığmağında cinayət tərkibi varsa, bunun araşdırılaraq ölçü götürülməsi ilə hüquq-mühafizə orqanları məşğul olmalıdır. Bununla bağlı mənim qəti söz deməyim doğru çıxmaz. Yəni, onun sahib olduğu pulların dəqiq mənbəyi bilinməlidir. Qüdrət Şükürovun bu qədər gəlirləri haradan alması deyilməlidir. Ola bilər ki, bu adam dövlət işindən başqa biznes fəaliyyəti ilə məşğul olub, pul qazanıb. Mən bunu dəqiq deyə bilmərəm. Amma təbii ki, Qüdrət Şükürov bu qədər pulu maaşla qazana bilməzdi. Çünki onun maaşının nə qədər olması çox adama məlumdur. Hesab edirəm ki, bu məsələnin araşdırılması və yekun qərar verilməsi səlahiyyətli qurumların işidir. Həmin qurumlar ondan bunun hesabatını tələb edə bilərlər".
 
Deputat qeyd edib ki, bu cür var-dövlətə sahib olan kiçik məmurlar təkcə Qüdrət Şükürovla bitmir: "Azərbaycanda Şükürov kimi bir çox məmurlar var ki, onların vəzifələri, iş təcrübələri və maaşları hamıya məlumdur. Ancaq bunun müqabilində onların malik olduqları var-dövlət, əmlakı hesablayanda düşünürsən ki, gərək adam həmin maaşla 500-600 il yaşaya, aldığı maaşdan da çox məvacib ala ki, bunları əldə edə bilsin. Çox təəssüf ki, cəmiyyətdə bu cür hallar qalmaqdadır. Biz çox istərdik ki, bu cür hallar olmasın. Əgər bu cür əməllərlə bağlı nöqsanlar və şikayətlər varsa, o zaman bunun mənbəyinin araşdırılması səlahiyyətli qurumların işidir. Qüdrət Şükürovun işlədiyi İdarə olub. Yəqin ki, Qüdrət Şükürovun tabe olduğu bir qurum olub və o bu qədər vəsaiti həmin qurumun gözü qarşısında yığıb. Bəlkə araşdırma aparılsa, məsələnin bir ucu da gedib həmin quruma çıxacaq. Görünür, ona qarşı nəzarət qaydasında olmayıb. Yaxud da bizim bilmədiyimiz başqa səbəblər var".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək