Qüdsdə bir-birinin ardınca partlayış oldu, yaralananlar var

Qüdsdə bir-birinin ardınca partlayış oldu, yaralananlar var
DÜNYA
12:46 23.11.2022
175
Qüdsün iki fərqli nöqtəsində bir-birinin ardınca baş verən partlayışlarda 14 nəfərin yaralandığı bildirilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrail polisinin verdiyi açıqlamaya görə, Qərbi Qüdsün girişində yerləşən Givat Şaul bölgəsində avtobus dayanacağında partlayış baş verib.

Partlayış nəticəsində 11 mülki vətəndaşın yaralandığı bildirilib.

Yarım saat sonra şəhərin başqa bir girişi olan Ramot qovşağında avtobus dayanacağı yaxınlığında növbəti partlayış baş verib və 3 nəfər yaralanıb.

Hazırda baş vermiş hadisə ilə bağlı araşdırma gedir.

Ayşən
OXŞAR XƏBƏRLƏR