Qulağın içində irəliləyən, daha da dərinə gedən tarakan təcili müdaxilə nəticəsində çıxarılıb.
Hadisə Avstraliyanın Darvin şəhərində yaşanıb.
Hendrik Helmerin dediyinə görə, yatanda qulağına kiçik həşərat girdiyini düşünüb. O, həşəratı çıxarmaq üçün tozsorandan istifadə edib. Lakin istəyinə çatmayanda qulağına su töküb: di gəl, ağrılar səngiməyib.
"Qulağımdakı həşəratın zəhərli hörümçək olmaması üçün Tanrıya dua edirdim. Həşərat məni dişləməmiş onu qulağımdan çıxarmaq istəyirdim", - Helmer deyib.
Xəstəxanada qulağına yağ tökülən Helmerin ağrıları artıb. Çünki tarakan qulağın dərinliklərinə enərək orada can verirdi.
Sonucda tarakan çıxarılıb.(milli.az)