Qulaqcıqlardan istifadə edənlərin diqqətinə

Qulaqcıqlardan istifadə edənlərin diqqətinə
MARAQLI
13:52 06.01.2012
3083
"Ekspress" qəzeti yazır ki, hər gün avtobusda, metroda gənclərin qulağına qulaqcıq taxıb müxtəlif musiqiləri dinlədiyinin şahidi oluruq. Özü də qəribəsi odur ki, bu musiqinin səsi hər kəsi narahat etsə də, qulaqcıq taxanlar ətrafa verdikləri narahatlığı nəzərə almırlar.Dünən işə gələrkən, avtobusda bir gənc qulaqcıqla musiqiyə qulaq assa da, onun səsi ətrafa yayılmışdı. Bu hala dözməyən yaşlı bir kişi gəncə yaxınlaşıb, "ay oğul, onu taxmısan ki, özün qulaq asasan, amma biz hamımız o mahnını eşidirik" desə də, oğlan özünü eşitməzliyə vurdu. Bu vaxt ağsaqqal qulaqcığı oğlanın qulağından çıxararaq, "onun səsini al" deyə qışqırdı. Gənc isə "yaxşı edirəm, mənə xoşdur" deyərək, növbəti dayanacaqda avtobusdan düşdü.Arzu Əliyeva da qulaqcıqdan istifadə edənlərdəndir. Deyir ki, bu alışqanlığa tələbəlik dövründən tutulub. "Biz Mərdəkanda yaşayırıq. 4 il bu uzaqlıqda yolu universitetə gedib-gəlmək məni qulaqcıqdan istifadə etməyə məcbur etdi. Uzun yol məni darıxdırırdı. Musiqiyə qulaq asa-asa yolun nə zaman bitdiyindən xəbərim olmurdu. İndi də qulaq asıram. Artıq bu, vərdişə çevrilib. Özümü qulaqcıqsız kompleksli hiss edirəm".Nigar Cəfərova isə qulaqcıqdan ətrafdakı insanların səsini eşitməmək üçün istifadə etdiyini deyir. "Səslər əsəblərimə toxunur. Qulaqcıq məni əsəbdən qoruyur".PsixoloqGünel Aslanovahesab edir ki, gənclərin bu qədər saymazlığı və qulaq asdığı əcaib musiqilər onların daxili aləmindən xəbər verir. "Bəzi gənclərin ailədə valideynlərlə problem yaşaması onların ətrafa qarşı da aqressiv olmasına səbəb olur. İnsanların cəmiyyət üçün normal yetişməsində ailənin, valideynin rolu böyükdür. Evdə dava-dalaş, söz-söhbət, hörmətsizlik görən gənclər ətrafa qarşı da aqressiv olurlar. Gənclərin aqressivliyini onların dinlədiyi musiqilərdən də bilmək mümkündür. Belə ki, elektronik musiqi və caz dinləyənlər aqressiv, əsəbi, hirsli insanlar olurlar. Sadəcə, dinlədiyi musiqiyə fikir verməklə qarşınızdakı insan haqqında siz müəyyən informasiya əldə etmiş olarsınız".Pop musiqi dinləyənlər ağıllı, klassik musiqiyə üstünlük verənlər xoşbəxt olur. Rok insanlarda üsyan ruhunu oyadır, rep dinləyənlər özündən razı, qarışıq musiqilərə üstünlük verənlər isə enerjili insanlar olur. Psixoloqun sözlərinə görə, musiqi dinləmək insan xarakterinə də təsir göstərir. Yəni həmin an dinlənilən musiqi birbaşa insana təsir göstərir. "Ola bilər ki, həmin an dinlənilən musiqi insanda aqressivlik yaratsın, bu zaman o, ətrafdakılara qarşı aqressiv davrana bilər".Görəsən, qulaqcıqla yüksək səsli musiqi dinləmənin başqa nə kimi fəsadları var? Psixoloq qulaqcıqla musiqi dinləməyin qavrayışa mənfi təsir göstərdiyini deyir. Qulaqcıqlar beyni yormaqla yanaşı, eşitmə duyğusunu da zəiflədir: "Bəzən gənclər səhərlər qulaqcıqla musiqiyə qulaq asırlar. Bu, onların yaddaşına da mənfi təsir göstərir. Onlar qulaq asdıqları musiqinin təsiri altında olurlar və bu, gün ərzində onların əhvalına təsir edir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
14:21 25.08.2025
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
14:15 25.08.2025
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
14:13 25.08.2025
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
14:10 25.08.2025
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
14:05 25.08.2025
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
13:44 25.08.2025
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
13:13 25.08.2025
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
13:12 25.08.2025
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
13:10 25.08.2025
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
13:02 25.08.2025
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
13:00 25.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək
12:48 25.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək
Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq
12:28 25.08.2025
Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
12:12 25.08.2025
İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
Qəzzada aclıqdan ölənlərin sayı 300-ə çatdı
12:06 25.08.2025
Qəzzada aclıqdan ölənlərin sayı 300-ə çatdı
"Sədərək"dəki dəhşətli yanğın belə başlayıbmış - VİDEO
11:58 25.08.2025
"Sədərək"dəki dəhşətli yanğın belə başlayıbmış - VİDEO