Quldurluq edən dünya çempionu kimdir? –Federasiyadan açıqlama

Quldurluq edən dünya çempionu kimdir? –Federasiyadan açıqlama
SOSİAL
14:52 13.06.2016
1503
Xəbər verdiyimiz kimi, “Evrostroy-S” şirkətinə basqın olub.
Hadisə ilə bağlı danışan vəkil Ceyhun Yusifovun bildirdiyinə görə, şirkətin Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən ofisinə kikbokboksinq üzrə dəfələrlə dünya çempionu olmuş Rafael Qarayev bir neçə şəxslə birlikdə basqın edib.
Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov isə açıqlamasında deyib ki, Faiq Qarayev adlı bir kikboksçu tanımır:
“Faiq Qarayev adında bizdə çempion yoxdur. Yalan söhbətdir, kikboksinqdə ümumiyyətlə, Faiq adında bir idmançı tanımıram.
Bilirsiniz ki, mən uzun illərdir federasiyada ümumi işlər üzrə vitse-prezidentəm. Həm həvəskarlarda, həm peşəkarlarda, həm də kadetlərdən gənclərə kimi belə bir idmançı adına rast gəlməmişəm.
İdmançı kimi də çıxdığım yarışlarda, turnirlərdə elə bir kikboksçu görməmişəm. İndi yoldan keçəndən soruşanda deyir dünya çempionuyam.
Nə üzrə, hansı növdən soruşanda kikboksinqin adını çəkirlər. Çünki kikboksinq məşhur idman növlərindəndir. Belə bir idmançını nəinki məndən hətta hər hansı bir federasiyanın üzvündən, məşqçisindən soruşsanız bir mənalı şəkildə tanımıram cavabını alacaqsınız”.
Qeyd edək ki, məlumata görə, Rafael Qarayev vaxtilə həmin şirkətin sahiblərindən olan Seymur İsayevin mühafizəçisi olub. O ətrafına yığdığı qoluzorlu dostları ilə əvvəl ora gəlib. Deyiblər ki, şirkətin tikdiyi 350 kvadratmetrlik bir obyekt var, həmin obyekt onlara verilməlidir. İdmançılara məsləhət biliblər ki, tələb etdikləri obyektə sənəd təqdim etsinlər. Bundan sonra idmançılar oradan gediblər. Bir neçə saat sonra isə ora başqa adamlar gəlib, obyektə girmək istəyiblər. Lakin onların obyektə girmələrinə imkan verilməyib. Bundan sonra əraziyə Rafael Qarayev obyektə girərək Bəxtiyar Təhməzovu və onu sakitləşdirmək istəyən İlqar adlı işçini vəhşicəsinə döyüb.
//AzNews.az
OXŞAR XƏBƏRLƏR