Quli Lənkəranskidən danışdı - Lotu Bəxtiyarın ənənəsi

Quli Lənkəranskidən danışdı - Lotu Bəxtiyarın ənənəsi
KRİMİNAL
11:20 21.11.2016
2361

Avqustun 18-də Türkiyədə öldürülən qanuni oğru Rövşən Canıyevin (Lənkəranski) Moskvada nəzarət etdiyi topdansatış göy və meyvə-tərəvəz bazarlar uğrunda kriminalların mübarizəyə başlaması haqda xəbər verilmişdi.


Rusiya mənbələri bir neçə gün əvvəl belə xəbərlər yaymışdı ki, Lənkəranskinin ən iri aktivi olan göyərti, tərəvəz və meyvə topdansatış bazarı artıq Merab Canqveladzenin (Merab Suxumski) nəzarətinə keçib. O da bildirilirdi ki, Lənkəranskinin bazarlarına nəzarəti ələ keçirməyə çalışan azərbaycanlı kriminallar yeni birlik yaradıblar. Formalaşdırılmış quplaşmaya lotu Quli (Nadir Səlifov) və Vaqif Suleymanovun (Marneulski) klanları daxildir. Primicrime.ru saytı azərbaycanlı qruplaşmaların bazarlar uğrunda mübarizəsi haqda mövzuya yenidən diqqət ayırıb.


Sayt "Azərbazar" sərlövhəli yazıda öz mənbəsinə istinadən iddia edir ki, bazarlar uğrunda mübarizə haqda xəbərlər şişirdilib və məqsədli xarakter daşıyır. Bildirilir ki, azərbaycanlı kriminalların təşkilatlanması haqda xəbərlər "etnik kriminal qrupluşmalar arasında münasibətləri gərginləşdirmək" məqsədi daşıyır.


"Heç kimə sirr deyil ki, keçmiş SSRİ məkanında kənd təsərrüfatı məhsulları bazarları adətən azərbaycanlıların nəzarətində olub", - sayt bildirib.


Sayta danışan anonim mənbə iddia edib ki, azsaylı azərbaycanlı qanuni oğrular bazarlara nəzarətdən gələn gəlirləri bərabər bölüblər: "Bəxtiyarın (Lotu Bəxtiyar) vaxtında bazarlardakı gəlirlər qanuni oğrular arasında ədalətli bölünürdü. Mirseymurun, Hikmətin, Çingizin öldürülməsindən sonra isə bazarlara nəzarəti ələ keçirən Lənkəranski bu prinsipi pozdu".


Primecrime.ru yazır ki, bazarlarda çalışan azərbaycanlıların Lənkəranskidən sonra Kaxa Parpaliya və Levan Canqveldze deyil, öz həmyerlilərinin "krışılağı" altında fəaliyyət göstərmək istəməsi təbiidir. Bildirilir ki, Lənkəranskinin iki qatı düşməni Lotu Quli və Vaqif Marneulski indi bazarlara nəzarəti birgə həyata keçirir, aralarında heç bir problem yoxdur".


Hazırda Bakıdakı 8 saylı islah-əmək müəssisəsində saxlanılan Lotu Quli isə vəkili vasitəsilə yayılan xəbərlərə münasibət bildirib. Primcrime sputnik.az saytına istinadən xəbər verir ki, vəkil Təranə Əliyeva Qulinin Rusiya bazarlarına nəzarət etməsi barədə xəbərləri təkzib edib. Vəkil deyib ki, müvəkkili olduğu şəxsin "kriminal razborka"larından xəbəri yoxdur və yalnız onun hüquqi statusu ilə maraqlanır:


"Sadəcə, onunla görüşəndə Rusiya mediasındakı məlumatları müzakirə edərkən Səlifov bildirdi ki, Rusiya bazarlarına nəzarət barədə bütün bu söhbətlərin ona heç bir aidiyyəti yoxdur. Adının göy-göyərti bazarı ilə əlaqələndirilməsinə o hətta güldü".


Vəkil bildirib ki, Qulinin hazırda öz vətəninə - Gürcüstana ekstradisiyasına çalışırlar.


"Bir il əvvəl Gürcüstan rəsmi şəkildə Səlifovun vətəndaşlığını təsdiq etdi. Bundan əlavə, Gürcüstan hüquq-mühafizə orqanları Azərbaycan Ədliyyə Nazirliyinə, Səlifovun cəzasının qalanını vətənində çəkməsi üçün ekstradisiya olunması ilə bağlı sorğu göndərib. Səbəb kimi qohumlarının Səlifovla görüşmək imkanının olmaması göstərilir. Hazırda Gürcüstan və Azərbaycan dövlət qurumları arasında Səlifovun ekstradisiyası məsələsi ilə bağlı yazışma gedir. Biz nəticələri gözləyirik. Prinsip etibarilə Azərbaycan hüquq-mühafizə orqanlarının gürcüstanlı həmkarlarına etiraz etmək üçün əsasları yoxdur".


Lotu Qulinin yalnız sovet pasportu var. Gürcüstan vətəndaşı olan N.Səlifov sovet vətəndaşı pasportu ilə 1995-ci ildə həbsxanaya düşüb, 1996-cı ildə hədə-qorxu yolu ilə pul alma, insan oğurluğu və qeyri-qanuni silah saxlama ittihamları ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Sonra cəza müddəti artırılıb. Quli bu illər ərzində Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsini almayıb.


"Sputnik" də öz mənbəsinə istinadən yazır ki, Qulinin Rusiya bazarlarına qismən aidiyyəti var.


"O, kifayət qədər çəkiyə malik olmadığı üçün, bazarlara tək nəzarət etmir. Səlifov həmişə kiminsə yanındadır. Yalnız Quliyə məxsus olan bir dənə də böyük obyekt yoxdur", - sayt vurğulayıb.


///musavat.com


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
11:39 24.08.2025
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir
11:30 24.08.2025
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir'