Qum fırtınası fəlakəti: 330 nəfər xəstəxanaya yerləşdirildi

Qum fırtınası fəlakəti: 330 nəfər xəstəxanaya yerləşdirildi
DÜNYA
14:53 25.06.2023
174
İranın Sistan-Bəlucistan əyalətində son üç gündə qum fırtınası səbəbindən 330 nəfər xəstəxanaya yerləşdirilib.

AZXEBER.COM xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Sistan-Bəlucistan Böhran İdarəetmə İdarəsinin baş direktoru Məcid Mohibbi məsələ ilə bağlı açıqlama verib.

Mohibbi vilayətin Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində toz fırtınasının daşıdığı incə toz səbəbilə son üç gündə 330 nəfərin xəstəxana və tibb mərkəzlərinə müraciət etdiyini bildirib.

Xəstəxanalara aparılan 273 nəfərin evə buraxıldığını qeyd edən Mohibbi 57 nəfərin müalicəsinin davam etdiyini bildirib.

Sistan-Bəlucistan Meteoroloji Proqnoz və Xəbərdarlıq Mərkəzinin rəhbəri Əli Mollaşahi verdiyi açıqlamada vilayətin şimal bölgələrində toz fırtınasının bir neçə günə qədər davam edəcəyini və küləyin sürətinin saatda 100 kilometrə çatacağını təxmin etdiklərini bildirib.

Mollaşahi xəbərdarlıq edib ki, ürək və tənəffüs sistemi xəstəlikləri olan insanlar havada tozun çox olması səbəbindən çölə çıxmasınlar. 

Ayşən
OXŞAR XƏBƏRLƏR