Qum fırtınası nəticəsində dəhşətli qəza baş verdi: Xeyli adam öldü

Qum fırtınası nəticəsində dəhşətli qəza baş verdi: Xeyli adam öldü
DÜNYA
11:45 02.05.2023
228
ABŞ-ın İllinoys ştatında baş verən qum fırtınası nəticəsində 40-dan çox avtomobil qəzaya uğrayıb.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, xeyli sayda insanın həyatını itirdiyi fəlakətdə 30-a yaxın adam yaralanıb.
 
İllinoys ştatında Dövlətlərarası 55 avtomobil yolunda qum fırtınası nəticəsində 40-dan çox avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib. Qəzada çox sayda insan həyatını itirərkən, 30-a yaxın adam da yaralanıb. Qəzada həyatını itirənlərin sayı hələ açıqlanmayıb.

İllinoys ştatının polis sözçüsü mətbuat konfransında yerli vaxtla saat 11:00 radələrində baş verən zəncirvari yol qəzasında təxminən 40-60 minik avtomobili və bir neçə yük maşınının iştirak etdiyini, yük maşınlarından ikisinin alov aldığını və partlayış baş verdiyini bildirib.

Magistral yol hər iki istiqamətdə nəqliyyata bağlanarkən bölgəyə çoxlu təcili yardım və yanğınsöndürənlər göndərilib.
 
Gülay

OXŞAR XƏBƏRLƏR