Qumbara ilə ehtiyatsız davranan 4 erməni hərbçisi yaralanıb

Qumbara ilə ehtiyatsız davranan 4 erməni hərbçisi yaralanıb
DÜNYA
01:23 29.10.2021
343
Ermənistan silahlı qüvvələrinin 4 hərbçisi qumbara ilə ehtiyatsız davranma nəticəsində yaralanıb.
 
AZXEBER.COM Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 28-də saat 10 radələrində Şərq istiqamətində dislokasiya olunmuş hərbi hissənin dayaq məntəqələrindən birində ehtiyatsız davranma nəticəsində qumbara partlayıb. Dörd hərbçi yüngül xəsarət alıb. Hadisənin bütün təfərrüatı araşdırılır.
OXŞAR XƏBƏRLƏR