"Qumbara Tərlan" kimi tanınan əsgər: Dünən Elxan Məmmədov mənə zəng etdi

"Qumbara Tərlan" kimi tanınan əsgər: Dünən Elxan Məmmədov mənə zəng etdi
İDMAN
16:26 28.01.2021
8342
Böyük vətən müharibəsi dövründə qəhrəmanlıqları ilə yaddaşlarda qalan əsgərlərdən biri də Tərlan Həsənovdur. 

AZXEBER.COM xəbər verir ki, 23 yaşlı Tərlan bu yaşda böyük cəsarət göstərməyi bacarıb. 44 günlük müharibə dövründə Tərlan 10 yoldaşı üçün gözünü qırpmadan özünü qurban vermək yolunu seçib. Belə ki, mühasirəyə düşdükləri zaman qumbara atəşinə məruz qalıblar. Qumbaranın biri aralarına düşüb. Bu zaman digər yoldaşlarını qorumaq məqsədilə özünü qumbaranın üstünə atıb. Amma xoşbəxtlikdən sağ qalıb.

Tərlan bu gün sosial şəbəkədə maraqlı bir status paylaşıb.
 
Statusunda bildirib ki: "Əsgərlikdən öncə AFFA-da könüllü olaraq fəaliyyət göstərmişəm. Dünən mənə AFFA-dan zəng gəldi. Zəng edən AFFA-nın icraçı vitse prezidenti Elxan Məmmədov idi. Xoş sözlər bildirdi və AFFA rəhbərliyinin qərarına əsasən təxris olunacağım gündən etibarən AFFA-nın əməkdaşı olaraq işə başlayacağımı bildirdi”.

Tərlan öncəki müsahibəsində qəhrəmanlıq hadisəsini belə xatırlamışdı. "Kiçik bir qrupla düşmənin mühasirəsinə düşmüşdük. Qumbaralarla hücum edirdilər. Elə oldu ki, qumbaranın biri aramıza düşdü. Ağlımdan keçdi ki ya hamımız öləcəyik, ya birimiz. Düşündüm ki, şəhid olmaq zamanıdır. Hamımızın anaları ağlamasın deyə özümü qumbaranın üstünə atdım. Partlayışda şok keçirdim. Qalanını xatırlamıram. Ayılanda dedim yəqin qarnımdan yaralanmışam. Amma sağ salamat idim”.

Tərlanın dostları onun şəhid olduğunu düşünüblər. Saatlarla huşsuz qalmasına baxmayaraq yüngül xəsarət alıb. Həyatını əyninə geydiyi zirehli jilet və qucağındakı rabitə qurğusu xilas edib. Özüylə bərabər 8 əsgərin də həyatını qurtaran igidə indi dostları "Qumbara Tərlan” deyirlər.

Həsənov Tərlan Rafiq oğlu Şəkinin Baş Zəyzid kəndində anadan olub. Atası Rafiq kişi əlil olsa da, onun oxuyub ali təhsil almasına çox çalışıb. Oğul da atanın əməyini itirməyib. Ali təhsilini başa vurandan sonra hərbi xidmətə getmək istəsə də, çəkisinin azlığı və gözlərinin zəif görməsi səbəbilə hərbi xidmətə aparmaq istəməyiblər onu. Lakin Tərlan israr edib. Hərbi xidmətinin bitməsinə az qalmış isə müharibə başlayıb.

 

OXŞAR XƏBƏRLƏR