Quranı yandırıb donuz əti qızartdı - VİDEO

MARAQLI
07:48 05.01.2011
2178

 

O, Birləşmiş Ştatlardakı "Uşaq İslam Təhsili Akademiya"sına məktub yollayıb, sonra isə internetdəki "YouTube" videohostinq servisinde videomaterial yerləşdirib. Həmin videoda Qurani-Kərim cırılır, onun üzərinə donuz əti qoyulur, sonra isə Qurani-Kərim yandırılır, donuz ətindən hazırlanmış hamğburgerin altına qoyulur. Sonda isə hamburgeri it yeyir.
Bunu edənin 33 yaşlı Kuin Cessi Harrison olduğu təyin edilib. Onun çəkdiyi, "YouTube" və "Facebook" saytlarında yerləşdirilmiş 5 dəqiqəlik videomaterialda Harrisonun üzü görünməsə də, polis onun niki və ünvanı vasitəsilə həmin şəxsi müəyyənləşdirib.

Həbs edilmiş Harrisona qarşı prokurorluğun irəli sürdüyü ittihamda bildirilir ki, Kuin Cessi Harrison "dini simvolları təhqir edir və nifrət hissləri yaratmağa cəhd göstərir".
ABŞ-dakı Amerika-İslam Münasibətləri Komitəsinin Oklahoma ştatındakı bölməsinin icraçı direktoru Munir Avadın dediyinə görə, bu işlə bağlı təfərrüatlardan xəbəri yoxdur.
"Bununla belə, İslama qarşı yönəlmiş bu düşmənçilik Birləşmiş Ştatlardakı cəmiyyətdə müsəlmanlarla bağlı çox mənfi fikirlərin formalaşmasına yönəlib. Harrisonun əməli təğbii ki, cəzasız qalmayacaq. Bununla belə, deməliyəm ki, Oklahomada müsəlmanlara olan münasibət çox yaxşıdır və yüksək səviyyədədir", - Munir Avad deyib./// milli.az

 

OXŞAR XƏBƏRLƏR