Quranı yandıran şagird həbs edildi

MARAQLI
10:27 26.11.2010
2606

İngiltərənin Vest Midlends əyalətində yaşayan gənc qız məktəb binasında çəkdiyi və Quran yandırması səhnəsini əks etdirən videonu «Facebook» ictimai paylaşma saytına yerləşdirib.

Polis videonun məktəbə şikayət edildikdən sonra saytdan çıxarıldığını açıqlayıb. Gənc qızın Quranı başqa şagirdlərin gözləri qarşısında yandırdığı güman edilir. 14 yaşlı bir oğlan şagird isə şəbəkədə başqalarını hədələməsi səbəbindən həbs edilib.

Hər iki şagird daha sonra polis tərəfindən girov müqabilində sərbəst buraxılıb. Polis həmçinin şagirdlərin «Facebook» profillərinin silindiyini də açıqlayıb.
Qurani-Kərim kitabını nəşr edən qrupun isə hadisədən sonra şagirdlərlə danışmaq üçün məktəbi ziyarət etdiyi bildirilib. Bu vaxta qədər İngiltərədə Quranı yandırdıqlarına görə 6 adam həbs edilib.

OXŞAR XƏBƏRLƏR